Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin
Hər gün üzərinizdə 1 saat işləməklə yazılı və şifahi ünsiyyət bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Bu bacarıqlar sizin qatıldığınız toplantılarda,biznes görüşlərdə, Korporativ mühitdə sizin ən yaxşı silahınız ola bilər. Unutmayın ki,ən yaxşı lider öz işçiləri ilə daimia ünsiyyətdə olandır. Həddindən artıq danışmayın, təsiri azaldarsınız və Mühüm sözləri və fikirləri vurğulamaq üçün səs tonunda enişlərə və çıxışlara yer verin. Göz təması qurun. Göz təmasını düzgün qurmaq vacibdir. Göz təmasını qura bilməmək qarşındakı insanı narahat edə bilər. Göz təmasından qaçmaq da adamı özünə inamsız kimi göstərə bilər.
Fərz etməyin, sual verin
Bu ən çox biznesə görüşlərdə yeni iştirak edən insanlarda rast gəlinən bir haldır ki,onlar sual verməkdən çəkinər, əksinə isə faktları öz bildikləri kimi zənn edərlər. Bu isə onlarda tamamən yalnış təəssürat yaratmaqla yanaşı , gələcəkdə bizneslərini risk altına salır. Bunun üçün isə sual vermək mədəniyyətini formalaşdırmalı,sual verdikdən sonra isə dinləməyi bacarmaq lazımdır. Hər bir sual sizlə qarşı tərəf arasında güclü bir bağlantı yaradır ki, bu bağlantılar gələcəkdə iş birliyinə səbəb ola bilər.
Uğurlu münasibətlər qarşılıqlı inam üzərində qurulur
İnam ünsiyyətin ən vacib faktorlarından biridi.Həmçinin korporativ mühit qarşılıqlı inam üzərində qurulmalıdır.Onlar sizə,siz isə onlara etibar etməlisiniz. Xüsusəndə əgər siz rəhbər funksiyasını yerinə yetirirsinizsə qarşı tərəfin etdiyi yanlışlıq zamanı emosiyaya qapılmamalı və öz ünsiyyət bacarıqlarınız ilə qarşılıqlı inam yaratmalı və problemi aradan qaldırmalısız. İnanmadan söylənilən sözlərin, inandırıcı olmadığını bilin. Ancaq unutmaq olmaz ki, hər bir kəslə eyni ünsiyyət formalaşdırmaq mümkün deyildir.
Ünsiyyət zamanı qarşı tərəfin vaxtına hörmət edin
Birisi ilə xüsusən də biznes görüşlərdə əgər qarşılıqlı münasibət yaranıbsa siz qarşı tərəfə kütləvi sual verməklə həm özünüzün həm də əks tərəfin vaxtını oğurlamış hesab edilirsiniz. Çox danışan, lazımsız yerə hər kəsin vaxtını almayın.Bu isə sizi qeyri-peşəkar göstərən və sizin reputasiyanıza mənfi hal gətirən vərdişdir. Çalışın ki,suallarınız qısa və lokanik olsun ki, qarşı tərəfdə sizə qarşı peşəkar rəy formalaşsın.





