Xidmətlərimiz

1644565245.jpg

🎯 Kadr kargüzarlığı prosesinin auditi müəssisədə kadr inzibatçılığı fəaliyyətlərinin optimallaşdırılması, həmin fəaliyyətlərin Əmək Məcəlləsi və Əmək Qanunvericiliyi ilə bağlı digər hüquqi-normativ aktlara, müəssisədaxili qayda və tənzimləmələrə uyğunluğunun yoxlanılması məqsədi ilə cari sənədlər  və kadr uçotu sistemlərinin hərtərəfli nəzərdən keçirilməsi prosesini əhatə edir. 

➡️ Aparılmış audit prosesləri nəticəsində kadr kargüzarlığının güclü tərəfləri, mövcud çatışmazlıqları və problemləri aşkar edilir. Çatışmazlıqlar və problemlər aşkar olunmuş müvafiq sahələrdə problemlərin aradan qaldırılması üçün təklif və tövsiyələr paketi hazırlanaraq təqdim edilir ki, məhz bu təklif və tövsiyyələr şirkəti gələcək müfəttiş yoxlamalarında riskləri minimuma endirir.
Auditin keçirilməsinin faydaları:⤵️

✅ Kadr inzibatçılığının gələcəkdə daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli bazanın formalaşdırılması və təkmilləşdirilməsi;

✅ Kadr inzibatçılığı və uçotunun qanunvericilik və müəssisədaxili qaydalar əsasında aparılmasına əminliyin yaranması;

✅ Qanunvericiliyin tələblərinə tam və qismən cavab verməyən sənədləşdirmə, uçot və hesabatvermənin aşkarlanması nəticəsində müvafiq düzəlişlərin vaxtında  aparılmasına zəmin hazırlanması;

✅ Əmək müfəttişinə olunacaq müraciət risklərinin aşkarlanması və minimuma endirilməsi;

✅ Xətaların vaxtında və düzgün şəkildə aradan qaldırılması ilə intizam, inzibati və cinayət məsuliyyətindən sığortalanma.

➡️ Kadr kargüzarlığı auditini bizə həvalə edə bilərsiniz.

📞 0772556902
📧 Info@bdcenter.az