Bloqlar

➡ BİAS – Ön mühakimə bir şəxs haqqında emosiyalara bağlı olaraq qərarların verilməsini özündə formalaşdırır. Məsələn : İlkin təəssüratdan namizədin qiymətləndirilməsi və ya namizədin xarici görünüşü yaxın bir qohuma və ya ailə üzvlərindən birinə bənzəməsi və ya namizədin daha öncə çalışdığı şirkətin bazarda imici və s. Bu kimi kifayət qədər ön mühakimələr saymaq mümkündür. Bəs ən çox edilən ön mühakimələr hansıdır?
1. Namizədin bir və ya iki müsbət cəhətinə fokus olmaq;
2. Namizədin "müsahibə oyunu" oynamaq qabiliyyətini və ya onun asan danışa bilmə bacarığını zəka və bacarıqla səhv salmaq;
3. Öz qabiliyyətinin həddən artıq qiymətləndirilməsi;
4. Namizəd üzrə şəxsi qərəzlərə yol vermək, sizə xoşlamadığınız birini xatırlatması və ya əksinə;
5. Həmin vəzifədə çalışan namizəddən öncəki işçi ilə müqayisəsi və qiymətləndirilməsi;
6. Namizəddə özünüzə məxsus xüsusiyyətləri axtarmanız və ya dost kimi seçməyiniz;
7. Müəyyən qurumların məzunlarının və ya müəyyən təşkilatların keçmiş işçilərinin avtomatik olaraq daha yüksək ixtisaslı olduğunu fərz etmək;
8. Komanda üzvlərinin rəylərinə məhəl qoymamaq və namizədə yalnız öz nöqteyi-nəzərinizdən baxmaq və s.
Bəs siz işinizdə BİAS-lara yol verirsinizmi?
Paylaş: