Bu seçim namizəddə şirkətin dəyərləri, gələcək iş fəaliyyəti başa düşməyə, çətin durumlarda qərar vermə bacarıqlarının inkişafına köməklik edir.
Testlərin tətbiqində gündəlik həyatınızda qarşılaşacağınız problemləri necə qarşıladığınız və həll etdiyiniz qiymətləndirilir. Bunun üçün müsahibədən öncə sizə limitli vaxt çərçivəsində bir ssenari verilir və onu həll etməyiniz xahiş oluna bilər. Bundan əlavə, sizdən müsahiblərlə tabeçiliyində olan münasibətlər və komanda oyunu kimi mövzularda rol oynamağınız xahiş oluna bilər.
1. Aysberq modeli: Bu modelin əsas məqsədi ondan ibarətdir ki, əməkdaşı və ya namizədi Aysberq kimi görünən və görünməyən tərəflərini müəyyən edilir. Bu metodla namizədin rola daxil olması , komissiya üzvlərini bacarıqları ilə aldatması hallarının qarşısının alınması üçün tətbiq edilir.
2. DİSC modeli: (Dominate, İnfluence, Stability, Conformality) bu tapşırıq əsasən oyunlar, real və ya xəyali keyslər, testlər əsasında aparılır. Bu metodun özünəməxsus rahatlığı var ki, məhz yuxarıda qeyd edilən 4 metod əsasında həyata keçirilir.
Qeyd edək ki, Assestment Center Azərbaycanda hələki çox az miqdarda, böyük şirkət və holdinqlər tərəfindən aparılır. Dünya miqyasında isə populyarlıq qazanıb.





