Bloqlar

🎯 Qeyri Maddi Motivasiya metodları:
✅ Motivasiya - çalışqanlıq, təşəbbüs və işləmək arzusunu stimul edən daxili dəyərlərə və işçilərin ehtiyaclarına yönəlmiş bir sıra tədbirlər toplusudur. İşçilərin motivasiya sistemi iki komponentdən ibarətdir: Maddi motivasiya sistemi və qeyri – maddi motivasiya sistemi
➡️ Maddi motivasiya işçilərin peşə vəzifələrini yerinə yetirməklə şirkətin hədəflərinə şəxsi və ya kollektiv töhfələrinə görə aldıqları müxtəlif maddi mükafatlar toplusudur. Burada bonuslar, əlavə mükafatlar, mənfəət paylaşımı, əlavə ödənişlər, təxirə salınmış ödənişlər və s. qeyd etmək mümkündür.
➡️ Qeyri Maddi motivasiya mənbələri isə şirkətin və əməkdaşların inkişafı üçün düşünülmüş və müəyyən stimul amilləri üçün nəzərdə tutulur. Bəs bu stimul amilləri hansılardır:
✅ Təhsil motivasiyası - İşçilərinizin inkişafı üçün mütəmadi onları kurslara göndərə və ya daxili təlimlər vasitəsilə beynəlxalq və milli sertifikasiya proqramlarında iştirakını təmin edə bilərsiniz.
✅ İstirahət mərkəzlərinə göndərilməsi - Komandanızı birlikdə, şəxsi və ailəvi olaraq ildə 1 dəfə ölkə daxili və ölkə xarici istirahət mərkəzlərinə göndərməklə təmin edilə bilər.
✅ Karyera yüksəlişi imkanların tətbiq edilməsi - Daxili dəyərləndirmə üsulundan istifadə edilməsi, karyera imkanlarının həyata keçirilməsi. Perspektivlərin müəyyən edilməsi və göstərilməsi.
✅ Önəmli hadisələr münasibətilə təbrik edilməsi - İşçiləriniz üçün önəmli olan günlər və hadisələr üçün təbrik məktublarının göndərilməsi və qeyd edilməsi.
✅ Mütəmadi ünsiyyət və qiymətləndirmə - Hər zaman ünsiyyətdə olaraq işçilərinizlə mütəmadi maraqlandığınızı göstərilməsi və qiymətləndirmə edilməsi
✅ Təşəkkür edilməsi - İstənilən tapşırıq və sərf olunan əmək üçün hər zaman minnətdarlığın bildirilməsi.
✅ Şirkətin məhsul və xidmətləri üçün endirim edilməsi - Əməkdaşlarınıızn özlərini dəyərli hiss etdirilməsi üçün müəyyən güzəşt və ya endirim paketlərinizi təqdim edə bilərsiniz.
✅ Həvəsləndirici daxili tədbirlər - Şirkətdaxili futbol çempionatı və ya hansısa konsert və tədbir və teatr üçün biletlərin verilməsi və s. edilə bilər.
✅ Əhəmiyyətli görüşlərdə iştirak hüququ - Şirkət üçün önəmli rəhbərlər və ya önəmli toplantılarda əməkdaşlarınızın da iştirakını təmin edərək onlara xüsusi yanaşdığınızı hiss etdirilməsi.
✅ Yeni başlayanlar üçün hədiyyə edilməsi - İşə yeni başlayan əməkdaşların həvəsləndirilməsi üçün korporativ hədiyyələrin təqdim edilməsi.
✅ İstirahət hüququ - İş yerində stressin azaldılması və yorğunluğun atılması üçün stress və istirahət otaqlarının olması və ya vaxtların səmərəli keçirilməsi üçün əyləncə otaqların təşkili
✅ Hobbi yanaşması - İşçilərin hobbilərinə və maraqlarına uyğun olaraq hədiyyələr təklif edilməsi
✅ Şirkətin daxili jurnalında hər dəfə bir əməkdaşın haqqında məlumat verilməsi və ya şəkilin yerləşdirilməsi.
✅ Ən yaxşı işçi, ən çalışqan və s. kubok və ya hədiyyələrlə təltif edilməsi.
Qeyri-maddi həvəsləndirmə sisteminin tətbiqinin nəticələri şöbə müdirlərinin və kadr mütəxəssislərinin işindən asılıdır. Bu səbəbdən, bu işçilərin hər birinin nədən məsul olacağını və sistemi tətbiq edərkən necə davam edəcəyini təyin etmək vacibdir. Əks halda tətbiq olunan metodlar işçilərin motivasiyasını və ya gözləntisini tamamən aşağı sala bilər.
Bəs çalışdığınız şirkətdə motivasiya sistemi tətbiq edilirmi?
Paylaş: