Rəqəmsal Marketinq (digital marketing)
Bildiyimiz kimi, rəqəmsal marketinq artıq 15-20 ildir ki, Avropa və ABŞ-da uğurla sınaqdan keçirilir. Xüsusən xidmət sektorunda fəaliyyət göstərən şirkətlər daha çox rəqəmsallaşmağa meyl göstərirlər. Müştərilərə loyallığın daha da artırılması üçün günün əsas tələbi olan rəqəmsal marketinq böhran və böhrandan sonrada öz çiçəklənmə dövrünü yaşayacaqdır. Bu mövu haqqında daha ətrafı: https://devdoping.az/digital-marketing-nedir/
Online və ya distant təhsil
Pandemiyanın yayılması bir daha sübut etdi ki,insanlar evdən çıxmadan belə dərs ala və ya dərs deyə bilərlər. Artıq dövr dəyişdikcə insanlar daha çox ənənəvi metoddan distanta doğru yönəlir. Bunun da bir neçə səbəbi var ki, bunlardan biri də vaxt amilidir.
Qida sənayesi
Qida sənayesi istər böhran istərsə də böhrandan sonra öz stabilliyini qorumaqla yanaşı satışlarını daha da artıracaqdır. İnsanların immunitet sisteminin güclənməsi virusa qarşı ən yaxşı mübarizə yoludur ki, bunun üçündə sağlam və təzə(fresh) qidalardan istifadə ediləcəkdir. Həmçinin güclü və sağlam qalmaq üçün daima yaxşı qidalanmaq insanların əsas hədəflərindən biridir ki, bu da qida sənayesinə olan tələbin artımına və satışın yüksəlməsinə gətirəcəkdir.
İçki və şərab sənayesi
Qida sənayesi ilə yanaşı pandemiya dövründə spirt məhsullarına da tələb daha da artmaqdadır.İnsanlar fikirləşirlər ki, gündəlik qəbul etdikləri spirt onları virusa yoluxmaqdan qoruyur.Məhz bu səbəb,həmçinin böhrandan sonra kütləvi şəkildə kafe və restoranlara axının olmasını nəzərə alaraq dünya üzrə içki və şərab sənayesində artım tempi müşahidə ediləcəkdir.





