Bloqlar

Bazar iqtisadiyyatı dövründə məqsədiniz yeni bir şirkət yaratmaq, və yaxud mövcud bir korporasiyanı daha da genişləndirmək üçün siz biznes plan hazırlamaqla öz fikrinizi və məqsədinizi hərtərəfli qiymətləndirmək şansı əldə edərək, qarşınıza çıxacaq çətinlikləri və maneələri idarə etməyə imkan verən yol xəritəsi hazırlamaqla əvvəlcədən gözlənilən problemlərin və risklərin qarşısını almış olacaqsınız.Biznes plan tərtib edilərkən ilk səhvlərdən biri  plan tərtibatçıları uzun illəri özündə ehtiva edən maliyyə göstəricilərinə-yəni rəqəmlərə daha çox yer ayırır,ancaq potensial investorların maraqları üçün əhəmiyyət kəsb edən məlumatlara isə daha az yer verilir.

Biznes plan üçün əsas 3 faktor

Biznes plan hazırlanarkən plan özündə həlledici əhəmiyyətə malik 3 faktoru ehtiva etməlidir:

  • İnsan faktoru biznesə başlayacaq və davam etdirəcək komanda. Həmçinin biznesin inkişafına kənardan dəstək verəcək investor və digər maraqlı şəsxlər.
  • İmkanlar biznesin məqsədi və istiqamətini düzgün müəyyənləşdirmək, bazarın doğru və düzgün araşdırılması,rəqiblərin müəyyənləşdirilməsi,rəqabət qabiliyyətliyin müəyyən edilməsi
  • Risk və qazanc gəlir və xərclər smetasının düzgün yazılması,hansı müddətdən sonra mənfəətin əldə edilməsi,Risklərin müəyyənləşdirilməsi.

Yuxarıda qeyd edilən xüsusi əhəmiyyətə malik 3 faktoru qeyd etdikdən sonra biznes planın strukturunu hazırlaya bilərik. Planın strukturu adətən giriş hissəsi qısa icmal və biznesin ümumi təsviri kimi başlayır,əsas hissədə isə daha dərin və xüsusi izahlarla davam edir.Son hissədə isə konkret və dolğun məlumatlara və detallara yer ayrılır.

Biznes plan aşağıdakı strukturu özündə ehtiva etməlidir:

Ön səhifə.

Bura biznesin adı, sizin adınız, soyadınız və əlaqə məlumatları qeyd edilməlidir.

Paylaş: