Tural Məmmədov
İnsan Resursları və biznes konsultant
Tural Məmmədov Layihə İdarəetmə İnstitutunun (PMI) beynəlxalq dərəcəli Layihə idarəetmə Peşəkarı (PMP) kvalifikasiyasına və CIPD 5-ci səviyyə CHRM sertifikasiyasına sahibdir. SOCAR, SOCAR-AQŞ, Umid Babek Operating Company kimi şirkətlərdə İnsan Resurslarının Transformasiyası, Avtomatlaşdırma, Səriştəlilik profillərinin hazırlanması, Səriştə idarəetmə sisteminin akkreditasiyası, Təlim və inkişaf sistemi və infrastrukturunun qurulması kimi layihələri idarə etmişdir. Ümumilikdə 10 ildən çox İnsan Resurslarının İdarə edilməsi sahəsində, o cümlədən 7 ildən çox HR-ın Təlim və inkişaf funksiyası üzrə təcrübəsi olmaqla, hazırda SOCAR-ın Baş ofisinin Təlim və inkişaf şöbəsinin rəisi vəzifəsində çalışır. İnsan Resurslarının idarə edilməsi, Səriştə əsaslı öyrənmə və inkişaf, Layihə idarəetməsi və Agile Layihə yanaşması mövzuları üzrə bir sıra dövlət və özəl qurumlara konsultativ təlim və master klass-lar keçmişdir, o cümlədən Dövlət Məşğulluq Agentliyinə. Bakalavr təhsilini AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiasında "İnzibati İdarəetmə" ixtisası üzrə, Magistr təhsilini isə Almaniyada Schmalkalden Tətbiqi Elmlər Universitetində "Beynəlxalq biznes və iqtisadiyyat" ixtisası üzrə, həmçinin ABŞ-da St.Mary's Universitetində MBA dərəcəsi üzrə almışdır. Təlimçi kimi 5 ildən çox təcrübəsi var və əsas təlim sahələri İnsan Resurslarının İdarə edilməsi və Layihə idarəetməsidir.
