Tural İslamov
İnsan Resursları üzrə konsultant
İnsan Resursları və İdarəetmə, strateji biznes layihələr, biznes proseslərin optimallaşdırılma və avtomatlaşdırılması sahələrində 10 ildən çox təcrübəyə malikdir. Azərbaycan Dövlət İqtisad Universitetində İdarəetmə və İnformatika ixtisası üzrə bakalavr təhsili almışdır. Fəaliyyətinə insan resursları üzrə mütəxəssis kimi Azfen BM-də BP Azərbaycan – Şah Dəniz 2 layihəsində başlamışdır. 2017-2018 illərdə Veysəloğlu Şirkətlər qrupunda İnsan Resursları üzrə Biznes Tərəfdaş və AVT Logistics şirkətində HR manager kimi çalışmışdır. 2018-2020 illərdə Azerconnect şirkətində əvvəlcə İstedadların İdarəedilməsi üzrə ekspert qismində işləmiş və daha sonra İnsan Resursları üzrə biznes tərəfdaş kimi Bakcell və Nar şirkətlərinə xidmət göstərmişdir. 2020-2022 ci illərdə Superfon şirkətinin İnsan Resursları və Təşkilati İnkişaf direktoru olaraq fəaliyyətini davam etdirmişdir. Hal-hazırda MKT Cotton LLC İnsan Resursları üzrə rəhbərdir. Karyerası müddətində İşə qəbul və İR Biznes Tərəfdaşlıq modelinin bir neçə böyük təşkilatlarda tətbiqini reallaşdırmş, beynəlxalq audit şirkətləri ilə birgə performansın idarə edilməsi, davamçıların hazırlanması və digər strateji İR layihələrinin həyata keçirilməsi və sistemlərinin qurulmasına dair dərin təcrübələr qazanmışdır. Beynəlxalq İR konfrans və təlimlərdə iştirak etmiş, sertifikatlar əldə etmişdir.
