Toğrul Hidayətov
İnsan Resursları biznes tərəfdaşlıq departamentinin müdiri
Qlobal şirkət olan RBL qrupun Biznes Tərəfdaş sertifikasiyasına sahibdir. 9 il ərzində Nar mobile və Azerconnect kimi şirkətlərdə təlim və inkişaf, talantların idarə olunması və işə qəbul, HR Generalist və Biznes Tərəfdaş vəzifələrində çalışmışdır. İnsan Resurslarının İdarə olunması, İşə qəbul sistemlərinin inkişaf etdirilməsi, təlim və inkişaf modelinin qurulması, performans dəyərləndirilməsi, vəzifə dərəcələndirilməsi, Strateji Biznes Tərəfdaş layihələrində birbaşa iştirak etmişdir. Ümumilikdə 10 ildən çox İnsan Resursları sahəsində, o cümlədən 2 ilə yaxın İnsan Resursları Departamentinin birbaşa idarə olunmasında təcrübəsi vardır. Veysəloğlu şirkətlər qrupu daxilində olan "Oba Mağazalar şəbəkəsinin" Biznes Tərəfdaş Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. Əlavə olaraq, İnsan Resurslarının idarə edilməsi, Strateji Biznes Tərəfdaş, İşə Qəbul və s kimi mövzularda təlimlər tədris edir.Hal hazırda PASHA Property Management şirkətində İnsan Resursları Biznes Tərəfdaşlıq Departamentinin rəhbəri vəzifəsində çalışır.
