Roman Süleymanov
İşçi təcrübələrinin idarə edilməsi departamentinin rəhbəri
Chartered Institute of Personnel Development (CIPD) üzrə 5-ci səviyyə CHRM sertifikat sahibidir. SOCAR baş ofisi və ABB-sə insan resurslarının idarə edilməsi sahəsinin təlim və inkişaf, həmçinin performans idarə edilməsi üzrə layihələri idarə etmişdir. Əsasən təlim və inkişaf prosesinin avtomatlaşdırılması, rəqəmsal platformaya transformasiyası, kompetensiya çərçivəsinin hazırlanması, 360 dərəcə fərdi qiymətləndirmə sisteminin qurulması, HiPo, kritik rollar, davamçıların hazırlanması və işçi təcrübəsi strategiyasının digər komponentləri üzrə layihələrin icrasında iştirak etmişdir.Hal - hazırda Azerconnect də İşçi təcrübələrinin idarə edilməsi departamentinin rəhbəri vəzifəsində çalışır.
Ümumilikdə 12 il HR sahəsi üzrə iş təcrübəsi var və hazırda ABB-nin İnsan resurslarının idarə edilməsi departmentinin direktor müavini vəzifəsində çalışır.
Təhsil: Bakalavr təhsilini AR Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə" ixtisası üzrə, ilk magistratura təhsilini UNEC-də "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası üzrə almışdır. İkinci magistratura təhsilini isə Böyük Britaniyanın Sheffield universitetində "Executive MBA" ixtisası üzrə almışdır.
