Təlimçilərimiz

1684269121eldar.jpg

Eldar Şahbazov

İR Əməliyyatlar və Dəstək şöbə müdiri

İlk əmək fəaliyyəti 2005-2008-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində mütəxəssis vəzifəsində olmuşdur. BMT-nin İnkişaf Proqramı çərçivəsində Davamlı İnkişaf Məqsədlərinə (SDGs) nail olunması strategiyası üzrə müxtəlif layihələrin Azərbaycan üzrə koordinatoru olmuş, Azərbaycanı rəsmi olaraq müxtəlif ölkələrdə təmsil etmişdir. Sonradan əmək fəaliyyətini İnsan resursları sahəsində davam etdirmiş, Akkord Korporasiyası ASC-də 10 ilə yaxın çalışmış, nəqliyyat, istehsalat, tikinti sahələri üzrə İnsan resurslarını idarə etmişdir. 2017-2018-ci illərdə Özbəkistanın Surxondaryo vilayətində Taşkent-Termez beynəlxalq avtomobil yolunun tikintisində İnsan resursları və administrativ işlər departamentinin rəhbəri işləmişdir. 2018-2019-cu illərdə Gilan Holdinqə daxil olan Milla süd zavodunda HR manager işləmiş, "Pilləvari" əmək haqqı sistemi yaratmaqla Rəhbərlik tərəfindən mükafatlandırılmışdır. 2019-cu ildən etibarən Veysəloğlu Qrupa daxil olan OBA marketlər şəbəkəsində İR Əməliyyatlar və Dəstək şöbə müdiri vəzifəsində çalışır. 

5 ildən artıq müddətdir ki, İR prosseslərinin avtomatlaşdırılması üzrə peşəkar konsultandır. Bu illər ərzində 10-dan çox şirkətdə İR prosseslərinin auditi, prosseslərin avtomatlaşdırılması və uzun müddətlik konsultasiya xidmətlərinin verilməsini həyata keçirmişdir və bu işlər davam etdirilməkdədir.

Paylaş: